
Bu yazının məqsədi insan yaradıcılığı haqqında düşüncələrimi paylaşmaq və yaranmasının təməlini sizinlə bölüşməkdir. Məqalə oxucuya bu qavramları anlamağa, onların dərinliklərini qavramağa imkan verəcək.
Yazını aydın və sistemli şəkildə təqdim etmək üçün əvvəlcə iki əsas mövzunu müzakirə etməliyik: ölçülər aləmi və şüur aləmi.
Ölçü aləmi müasir fizikada 4 əsas bölgüyə bölünür:
1. Uzunluq,
2. En,
3. Hündürlük,
4. Zaman.
Uzunluq, en və hündürlük birləşərək məkan anlayışını yaradır. Məkan, bir cismin hərəkətini, yerləşməsini və mövqeyini müəyyən edən üçölçülü çərçivədir. Digər tərəf isə zamandır. Zaman, hadisələrin ardıcıllığını və səbəb-nəticə əlaqəsini təşkil edən dördüncü ölçüdür.
Bu səbəbdən yazımız boyunca iradə və yaradıcılığı zaman və məkan qavramları üzərindən analiz edəcəyik. İradə yalnız müəyyən bir məkan və zamana yerləşdikdə, onun fəaliyyətləri və qərarları səbəb-nəticə əlaqəsi ilə izah edilə bilər. Yəni, hər bir hərəkət və qərar həm məkanda yerləşir, həm də zamanda ardıcıllıqla baş verir.
Bir çox dini və fəlsəfi görüşə görə, yaradıcılığın mənbəyi Tanrıdır. Musəvi dinlərdə və bir çox fəlsəfi sistemdə Tanrı zamandan və məkandan uzaqdır, yəni onun varlığı bu ölçülərə bağlı deyil. Ölçülə bilməyən varlıq hərəkətsiz və dəyişməzdir.
Yekun olaraq belə bir qənaətə gəlmək mümkündür ki, Yaradıcılıq ölçülərdən kənara çıxmaqdır.
Şüur aləmlərini yuxarı mövzu izahı ilə 3 əsas qata bölə bilərik:
1. Sensor şüur qatı - Şüurun məkan və zamanda olduğu, ətrafdan informasiya qəbul edə bildiyi şüur qatı.
2. Zehni şüur qatı - Şüurun məkandan uzaqlaşdığı və yalnız zamanda (keçmiş, indiki, gələcək) və ya tam əksində ilişdiyi şüur qatıdır.
3. İlahi şüur qatı - Şüur zamandan və məkandan uzaqlaşaraq ilahi yaradıcılığın qatına ucalır.
İnsan şüuru bir çox zaman sensor qatında olaraq yaşayır. Yaradıcılığın ilkin pilləsinin ortaya çıxması iradə şüurunun zamandan və ya məkandan uzaqlaşması nəticəsində ortaya çıxır. Bu halda şüur sensor qatından zehni şüur qatına keçmiş olur.
Zehni şüurda olan yaradıcılıq səbəb və nəticə əlaqələrindən kənarlaşa bilmir. Bu o deməkdir ki, indiyə qədər sensor qatında qəbul etdiyi hərəkətlərdən bir nəticə çıxararaq bir yaradıcılıq sərgiləyir.
Şüur artıq bütün ölçülərdən azad olduqdan sonra ilahi şüura keçid edir və onun yaradıcılığı limitsizləşir.
Tanrı yaradıcılığın özəyidir, o ölçülə bilmədiyindən hərəkətsiz və dəyişməzdir. Yaradıcılığın gücü ölçülə bilinməməzlikdə yatır. Hər hansı yaradıcılıqla məşğul olursunuzsa, məkan və zaman qavramlarından uzaqlaşmağa çalışmaq yaradıcılığın meydana gəlməsində gözəl bir yol ola bilər.
Bu yazıda ən sadə şəkildə insan yaradıcılığının meydana gəlməsindəki fikirlərimi təqdim etməyə çalışdım. Mövzunun qısa bir məqalədə yer almasını nəzərə alaraq növbəti yazılarımda daha ətraflı yazaraq sizinlə bölüşəcəm.
Unknown14Əvvəlki yazılarda
kimi qavramları izah etməyə çalışdıq. Şüurun müxtəlif qatlarını araşdırdıq və yaradıcılığın insanın bu qatlar arasında hərəkəti ilə necə əlaqəli olduğunu müzakirə etdik. Bu yazıda isə başqa bir suala cavab axtaracağıq:
İnsan gələcəyini qərarları ilə yaradır, yoxsa qərarları gələcək təsəvvürü yaradır?
Gündəlik düşüncəmiz bizə birinci variantın doğru olduğunu deyir. Lakin məsələni daha diqqətlə araşdırdıqda fərqli bir mənzərə ortaya çıxır.
Əksər insanlar həyatın aşağıdakı ardıcıllıqla işlədiyini qəbul edir:
Qərar → Hərəkət → Nəticə
Sonra da düşünürük ki, bu qərarlar bizi müəyyən nəticələrə gətirib çıxardı. Bu baxış ilk baxışdan məntiqli görünür. Ancaq bir sual ortaya çıxır:
Qərarı verən nədir? Niyə iki insan eyni vəziyyətdə fərqli qərarlar verir? Niyə biri risk edir, digəri etmir? Niyə biri lider olmaq istəyir, digəri isə sakit həyat seçir?
Qərarın özündən əvvəl onu formalaşdıran başqa bir amil olmalıdır.
Bir insanın qərar verməsindən əvvəl onun zehnində müəyyən bir gələcək şəkli yaranır. Məsələn, bir gənc həkim olmaq istəyir. Əslində o, əvvəlcə universitet seçmir.
Əvvəlcə özünü gələcəkdə həkim kimi təsəvvür edə bilir. O bir yekun yaradır. Özünü xəstəxanada görür. Özünü insanlara kömək edən biri kimi hiss edir. Bu təsəvvür formalaşdıqdan sonra universitet seçimi meydana çıxır. Başqa sözlə, qərar gələcəyi yaratmır. Yekun yaradıcılığı təsəvvürü qərarı yaradır.
İradə təkbaşına hərəkət etmir. İradə həmişə diqqətini yönəltdiyi bir hədəfə doğru işləyir.
Bir gəmini düşünək. Külək gəminin enerjisidir. Lakin sükan onun istiqamətini müəyyən edir. İradə də buna bənzəyir. İradə hərəkətləri yaradıcılığa bükən gücüdür. İnsan daxilində hansı gələcəyi daha canlı şəkildə görürsə, iradəsi yavaş-yavaş həmin istiqamətə yönəlməyə başlayır. Sonra qərarlar da bu istiqamətin təsiri altında formalaşır.
Biz çox vaxt yaradıcılığı rəsm çəkmək, musiqi bəstələmək və ya kitab yazmaq kimi anlayırıq.
Lakin yaradıcılığın daha fundamental forması mövcuddur. Bu, gələcək yaratmaqdır. Burada söhbət gələcəyin fiziki olaraq yaradılmasından deyil, onun əvvəlcə şüurda formalaşdırılmasından gedir. Əvvəl sadəcə söz (söz bir yekundur adlandırmadır) var idi, hər şey ol (yekun) dedi və oldu, müqəddəs kitablarda hər şeyin baş verməsi yekunun yaradılması ilə bağlı olduğunu əlaqələndirmək mümkündür.
İnsan əvvəlcə olmaq istədiyi vəziyyəti yaradır. Sonra həmin vəziyyətə uyğun qərarlar verir. Sonra isə bu qərarlar reallığı dəyişməyə başlayır. Bu səbəbdən hər böyük dəyişiklik əvvəlcə görünməyən bir yaradılışla başlayır.
Əvvəl yekun (yaradıcılıq) yaranır. Sonra hərəkətlərin yönləndirilməsi yaranır. Daha sonra qərarlar ortaya çıxır.
Burada maraqlı bir vəziyyət yaranır. Biz zamanın içində yaşayırıq.
Lakin bizi hərəkətə gətirən şey çox vaxt gələcəkdə mövcud olmasını istədiyimiz bir vəziyyətdir. Sanki insan hələ mövcud olmayan bir sabahı bu günün içinə gətirir. Daha sonra həmin sabahın təsiri altında bu günü yaşayır. Belə baxdıqda gələcək yalnız gözlənilən bir hadisə deyil.Gələcək həm də indiki qərarların gizli səbəbinə çevrilir.
Əgər əvvəlki yazıda yaradıcılığı məkan və zamanın sərhədlərini aşmaq kimi izah etmişdiksə, bu yazıda ona başqa tərəfdən baxa bilərik.
İnsan əvvəlcə gələcəyini şüurunda yaradır. Sonra iradə həmin yaradılışa fokuslanır. Daha sonra qərarlar meydana çıxır. Beləliklə, insanı gələcəyə aparan əsas qüvvə qərarların özü deyil. Qərarların arxasında duran və onlara istiqamət verən daxili yaradılışdır. Bəlkə də həyatımızın ən böyük yaradıcılığı etdiyimiz işlər deyil, hələ mövcud olmayan gələcəyi daxilimizdə görə bilmək qabiliyyətimizdir.