Power BIİstehsalat üzrə KPI idarəetmə paneli
İstehsal xətləri üzrə dayanma, məhsuldarlıq və keyfiyyət göstəricilərinin canlı izlənməsi.
Müştəriİstehsalat müəssisəsiİl2024Müddət6 həftəKateqoriyaPower BI
+17%Məhsuldarlıq
-31%Planlaşdırılmamış dayanma
12İzlənilən KPI
Problem
Zavod rəhbərliyi xətlərin real məhsuldarlığını və dayanma səbəblərini yalnız növbə sonunda kağız hesabatlardan öyrənirdi. Bu, itkilərin gec aşkarlanmasına səbəb olurdu.
Yanaşma
- İstehsal xətləri üzrə 12 əsas KPI təyin etdim.
- Excel məlumatlarını avtomatik Power Query ilə təmizlədim və modelləşdirdim.
- Dayanma səbəblərini kateqoriyalaşdıran və Pareto analizi verən panel qurdum.
- Növbə və operator üzrə müqayisəli göstəricilər əlavə etdim.
Nəticə
Dayanma səbəbləri dəqiq müəyyənləşdi və ən böyük itki mənbəyi üzrə tədbir görüldü. Məhsuldarlıq göstəricisi nəzərəçarpan dərəcədə yaxşılaşdı.
Power BIKPI sistemiProses Optimizasiyası


