Blog ətraflı

Analitik düşüncənin yaranması haqqında
Giriş
Bu yazının məqsədi analitik düşüncənin necə yarandığını və necə işlədiyini sadə dillə izah etməkdir. Analitika, məlumatları, hadisələri və onların arasındakı əlaqələri sistemli şəkildə araşdırıb mənalandırmaqdır. Beyin bir şeyi mənalandırmağa başlayan kimi, analiz də başlamış olur. Analiz prosesi, məlumatı hissələrə ayırıb sonra bütöv şəkildə anlamağı əhatə edir. Bütövü anlamaq isə analizin son nöqtəsidir. Bəs beyin bunu necə edir?
Beyində Analiz Necə Baş Verir?
Beyin məlumatı mənalandırmaq üçün onu dörd addımda işləyir:
Məntiqi qruplaşdırma
Alqoritmik əlaqə axtarışı
Hipotez qurma
Tənqidi yanaşma
Gəlin hər birinə ayrıca baxaq.
1. Məntiqi Qruplaşdırma
Beyin məlumatı anlamaq üçün avtomatik olaraq onu üç növə görə hissələrə ayırır:
Fiziki: Maddi olan hər şey (məsələn: coğrafi yerlər, texnika, əşyalar).
Zaman: Zaman dilimləri (məsələn: ay, rüb, il, əsr).
Səlahiyyətləndirmə: Şəxsi məntiqə görə təbəqələrə ayırma (məsələn: vəzifələr, önəmlilik sırası).
Misal: Bir məktəbi təhlil edərkən, fiziki qruplaşdırma (sinif otaqları, idman zalı), zaman qruplaşdırması (dərs saatları, tətil günləri) və səlahiyyətləndirmə (direktor, müəllim, şagird) edə bilərsiniz.
2. Alqoritmik Əlaqə Axtarışı
Beyin hissələrə ayrılmış məlumat arasında əlaqə axtarır. O, özünə bu sualları verir: Nə? Necə? Niyə? Nə vaxt? Harada? Nə üçün? Beyin bu əlaqələri üç cür görə bilər:
Xətti: Sadəcə "bu nədir?" sualına cavab tapmaq. Məsələn: "Maşın yolda gedir." Bu, düz bir hərəkətdir.
Budaqlanan: Şərtlərə görə dəyişən hərəkətlər. Məsələn: "İşıqfor yaşıl yanırsa, maşın gedər; qırmızı yanırsa, dayanar."
Dövri: Təkrarlanan hərəkətlər. Məsələn: "Metroya hər 5 dəqiqədən bir qatar gəlir."
3. Hipotez Qurma
Beyin məlumatı mənalandırmaq üçün fərziyyələr (hipotezlər) irəli sürür. Bu, iki yolla olur:
Əlaqələndirmə: "Bu hadisə digəri ilə əlaqəli ola bilərmi?" Məsələn: "Böyük bir insan içəri girdi, hamı ayağa qalxdı. Deməli, bu, hörmət əlamətidir."
Sintez (Birləşdirmə): "Bu hissə daha böyük bir bütövün parçası ola bilərmi?" Məsələn: "Yerdə bir maşın nömrəsi tapdım. Bu, yaxınlarda buradan keçən bir maşından düşmüş ola bilər."
4. Tənqidi Yanaşma
Bu, ən vacib addımdır. Beyin öz ilkin fikirlərini tənqid edir. Çünki ilk mənalandırma səhv ola bilər. Beyin deyir: "Bəlkə də başqa cür düşünməliyəm?"
Misal: İş görüşünə 20 dəqiqə gecikən biri üçün ilkin fikir "Bu, məsuliyyətsiz biridir" ola bilər. Lakin tənqidi yanaşma deyir: "Bəlkə də onun başına gözlənilməz bir hadisə gəlib (trafik, xəstəlik və s.)".
Nəticə
Qısacası, insan məlumatı öz yanaşması ilə mənalandırıb formalaşdırdıqda, o məlumat bilgiyə çevrilir.
Bu prosesi belə ifadə etmək olar:
İnformasiya → Mənalandırma → Formalaşdırılmış informasiya = Bilgi
Növbəti yazılarda beyin analiz bacarıqlarını necə gücləndirmək, biznesdə, elmdə və sosial həyatda analiz növlərini necə tətbiq etmək barədə danışacağam.